waplog

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxaracaq


“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq. 2017-ci ilin iyununda satışlara start veriləcək. Bu aparat Hindistan, Vyetnam və başqa inkişaf etməkdə olan bazarlara tədarük olunacaq. Şirkət, həmçinin sözügedən smartfonu yerli bazarda satmağı planlaşdırır.

Təmir edilmiş “Galaxy Note 7” smartfonlarında batareyanın tutumu əvvəlki 3500 milliamper/saatla müqayisədə az olacaq (3000-3200 milliamper/saat). 2017-ci ilin mayınadək akkumulyatorların dəyişdirilməsi prosesi bitəcək. Qurğunun əsas komponentləri olduğu kimi qalacaq, amma onlar yeni korpusla təchiz ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Samsung” şirkətinin məlumatına görə, təxminən 2.5 milyon smartfon təkrar satış üçün yararlı vəziyyətdədir.

Bundan başqa, “Galaxy Note 7” smartfonlarının yenidən satışa qaytarılması şirkəti ekoloji zərərə görə qoyulan cərimədən xilas edəcək. Belə ki, Cənubi Koreyanın Ekologiya Nazirliyi nasaz smartfonların qaydalara uyğun şəkildə utilizasiya edilmədiyi halda şirkətə cərimə kəsiləcəyini elan etmişdi.

“Samsung” şirkəti bu ilin yanvarında “Galaxy Note 7” smartfonlarının alışma səbəbi ilə bağlı 4 aylıq daxili araşdırmanın nəticələrini elan edib. Məlum olub ki, qurğuda məhz akkumulyatorlar partlayıb.

“Samsung” sözügedən smartfonda partlama səbəbini aşkar etmək üçün 200 min aparatı yoxlayıb. Başqa mümkün amillər istisna edildikdən sonra şirkət daha 30 min akkumulyatoru ayrıca sınaqdan keçirib. Məlum olub ki, əsas təchizatçı (“Samsung SDI”) və ikinci dərəcəli təchizatçı (“ATL”) akkumulyatorları müxtəlif nasazlığa malik olublar, amma hər iki problem çox qızma və partlayışa səbəb olub.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL