“Intel” 1 qiqabitlik internet sürətini dəstəkləyən “LTE” modem təqdim edib
1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru artıq dünyada ilk qiqabitlik “LTE” şəbəkəsini istifadəyə verib, “MWC 2017” sərgisində isə 1 qiqabitlik internet sürətini dəstəkləyən “ZTE Gigabit Phone” smartfonu təqdim olunacaq. “XMM 7560” adlı yeni “LTE” modemini təqdim etmiş “Intel" korporasiyası, həmçinin bu bazar uğrunda mübarizə aparacaq. Bu “LTE” modem məlumatları 1 Qbit/s sürətlə yükləyir və 225 MB/s sürətlə ötürür. Modem smartfon, planşet, noutbuk və başqa mobil qurğularda istifadə edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Intel” şirkətinin yeni modemi ənənəvi “LTE” şəbəkələrlə müqayisədə daha yüksək sürət təmin etməlidir. “Intel” korporasiyasının mobil və kommunikasiya qrupunun vitse-prezidenti Aşa Keddi əmin edir ki, “XMM 7560” modeminin köməyi ilə real dünyada 1 qiqabitlik internet sürəti əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, belə nəticələr yalnız laboratoriya şəraitində mümkündür, halbuki real dünyada göstəricilər aşağı olacaq.
1 qiqabitlik internet sürətini dəstəkləyən “Intel XMM 7560 LTE” modeminin kommersiya qurğularında tətbiqi müddəti haqda hələ ki məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL