waplog

“Motorola” smartfonlarının istehsalı dayandırılır


Çinin “Lenovo” şirkəti “Motorola” brendindən imtina edərək istehsal etdiyi qurğuları vahid “Lenovo moto” adı ilə birləşdirəcək. Bu barədə şirkətin Şərqi Avropa regionu üzrə mobil bölməsinin rəhbəri məlumat verərək yeni “Lenovo moto” smartfonlarının fevralın 26-da təqdim olunacağını açıqlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Lenovo” 2014-cü ildə “Motorola Mobility” şirkətini “Google” korporasiyasından 2,91 milyard dollara satın alıb. Şirkətin məlumatına görə, birləşmiş istehsalçı Çin istisna olmaqla smartfonların dünya bazarına tədarük həcminə görə dördüncü yeri tutub. 

Analitik Eldar Murtazin qeyd edib ki, hazırda “Lenovo” şirkətinin mobil bölməsi zərərlə işləyir. Bu, əsasən “Motorola” şirkətinin mobil biznesinin “Lenovo”nun  öz müəssisəsinə inteqrasiyası üçün göstərilən uğursuz cəhdlərlə əlaqədardır. Bununla belə, “Lenovo” smartfon istehsalı üzrə dünyanın liderlər onluğuna daxil olaraq Çinin “ВВК”, “Oppo” və “Huawei” kimi bir sıra şirkətlərindən geri qalır.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL