waplog

“HMD” əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib


Fevralın 27-dən martın 2-dək Barselonada keçiriləcək “MWC 2017” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “HMD Global” şirkəti “Nokia 6” smartfonunun beynəlxalq versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, indiyədək yalnız Çində satılan “Nokia 6” “HMD” şirkətinin “Nokia” brendi ilə təqdim etdiyi ilk smartfondur. Adi versiya ilə yanaşı, sərgidə parlaq qara rəngli korpusla təchiz edilən “Nokia 6 Art” modeli nümayiş olunub.  

“Home” düyməsində barmaq izi skanerinin quraşdırıldığı metal korpuslu smartfon 5,5 düymlü “Full HD” (1920 х 1080 piksel) formatlı ekran, dairəvi haşiyəli “2.5D” ekran, mərhələli avtomatik fokuslu və ikirəngli işıqlandırmalı 16 meqapikselli əsas kamera və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru, 4 giqabaytlıq operativ, 128 giqabayt tutumlu “microSD” yaddaş kartı ilə genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyatorun tutumu 3 min milliamper/saata bərabərdir.

Qurğu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Beynəlxalq miqyasda satışına bu ilin ikinci rübündə başlanılacaq “Nokia 6” smartfonunun qiyməti 229 avro, “Nokia 6 Art” versiyasının 299 avro olacaq.  

Bundan başqa, “HMD Global” tədbir çərçivəsində əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib.

Yeni “Nokia 3310” 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və “microSD” yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən “Nokia 3310” modelini tapıb ictimaiyyətə təqdim edib. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL