“Sony” şirkəti dünyada ən sürətli “SD” kartını təqdim edib
“Sony” şirkəti dünyada ən sürətli yeni “SD” kartını satışa çıxarmağa hazırlaşır. “SF-G” seriyalı kart martda 32, 64 və 128 QB formatlarında əlçatan olacaq. Sözügedən “SD” kartı 300 Mb/s sürətində oxuma və yazma sürətinə malik olacaq. “Sony” şirkətinin məlumatına görə, “4K” formatından istifadə edən fotoqrafların ehtiyaclarını nəzərə alaraq belə parametrlər hazırlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu “SD” kartı yüksək təsvir ölçülü məzmunun çəkilişi və böyük tutumlu məlumatların kompüterə daşınması üçün uyğun variantdır. Şirkətin “USB 3.1 Gen1” interfeysi ilə uyğun olan yeni kart oxuducusu bu məqsədə xidmət edir. Köhnə mexaniki sərt disklərin sahibləri yeni “SD card”ın bütün üstünlüklərindən yararlana bilməyəcəklər.
Yeni “SD” kartı “UHS-II” interfeysi ilə işləyir və yüksək sürətinə görə “Sony” şirkətinin proqram təminatına borcludur. Bu kartlar şirkətin bərpa proqramları ilə uyğundur, su keçirməzdir, temperatur fərqinə, zərbəyə və rentgen şüalanmasına qarşı dayanıqlıdır. “Sony” şirkəti hələ yeni kartların qiymətini açıqlamayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL