Bill Qeyts sirrin üstünü açıb
“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts deyib ki, “Windows” əməliyyat sistemi və “Mac” kompüterini yaradarkən o və “Apple”ın qurucusu Stiv Cobs bir-birindən xəbərsiz işləyiblər. Onların hər ikisi “Xerox PARC” elmi-tədqiqat mərkəzinin uğurlarına vurğun idilər. Milyarder bu haqda “AMA” (“Ask Me Anything”) sual və cavab sessiyasında məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Bill Qeyts “Xerox” şirkətinin o vaxtlar ən yaxşı qrafik interfeys yaratdığını etiraf edib. Bu, həm ona, həm də Stiv Cobsa yaxşı kompüter və əməliyyat sisteminin nə demək olduğunu başa düşməyə imkan verib.
Müzakirə zamanı istifadəçilər deyiblər ki, onlardan biri ixtiranı oğurlayıb. Bu halda istifadəçilər ümumi ilham mənbəyinin mövcud olmasından xəbərsiz olduqlarını da nəzərə çatdırıblar. "Biz əqli mülkiyyət hüququnu pozmamışıq. “Xerox” öz ixtirası ilə sadəcə bizə yol göstərdi və bu, “Mac” və “Windows” sistemlərinin yaradılmasına səbəb oldu" – milyarder deyib.
“Microsoft”un həmtəsisçisi, həmçinin deyib ki, kompüterlərin insanlara oxşayacağı ana kimi yaşamaq istəyir. O ümid edir ki, tezliklə texnika oxumağı və informasiyanı başa düşməyi öyrənəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL