“Meizu” şirkəti 20 dəqiqə ərzində smartfonu enerji ilə doldurmağa imkan verən texnologiya təqdim edib
Çinin “Meizu” şirkəti tərəfindən Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində nümayiş etdirilən “Super mCharge” texnologiyası 20 dəqiqə ərzində smartfonun batareyasını 0-dan 100%-dək enerji ilə doldurmağa imkan verir və bu göstərici üzrə başqa istehsalçıların müvafiq texnologiyalarını geridə qoyur.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, şirkətin saytında deyilir ki, “Super mCharge” enerjidoldurma qurğusunun səmərəliliyi xüsusi gərginlik çeviricisinin hesabına təmin olunur. Bundan başqa, enerji doldurulması zamanı batareyanın temperaturu daima nəzarətdə saxlanılır və 39 selsi dərəcədən yuxarı qalxmır.
“MWC” sərgisində nümayiş zamanı “Super mCharge” qurğusunun köməyi ilə 3000 milliamper/saat tutumunda batareyaya malik smartfon prototipi enerji ilə doldurulub. 5 dəqiqədən sonra batareyanın şarjının səviyyəsi 30%-ə yaxınlaşıb, 10 dəqiqə sonra isə 60% təşkil edib. Beləliklə, bu mərhələdə sınaq smartfon prototipi “iPhone 7 Plus”un enerjidoldurma sürətini 11 dəfə, “Samsung Galaxy S7 Edge”ni isə 3,6 dəfə geridə qoyub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL