Ötən ilin ən yaxşı smartfonu məlum olub
“Samsung Galaxy S7 Edge” smartfonu 2016-cı ilin mobil qurğuları kateqoriyasında ən yaxşı qurğu seçilib. Belə ki, “Samsung Galaxy S7” “MWC” konfransı çərçivəsində “2016-cı ilin ən yaxşı smartfonu” nominasiyasında birinci yerə çıxaraq “Global Mobile Awards 2017” mükafatına layiq görülüb. “Ən yaxşı smartfon” adı uğrunda beş qurğu - “iPhone 7 Plus”, “Galaxy S7”, “Google Pixel XL”, “Huawei P9” və “Moto Z” mübarizə aparıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, smartfon mütəxəssislər tərəfindən korpusun dizaynı, məhsuldarlığı və fotoqrafik imkanlarına görə seçilib.
Mükafat müəllifləri bildiriblər ki, “Samsung Galaxy S7 Edge” qurğusunda texniki xüsusiyyətlər cəlbedici dizaynla uyğunluq təşkil edir. “Galaxy S6 edge” modelindən ən yaxşı cizgiləri nümunə götürən qurğu 2560 х 1440 piksel təsvir ölçülü “Super AMOLED” ekran, yaddaş kartının genişləndirilməsi imkanı ilə təchiz edilməklə sukeçirməzdir.
Xatırladaq ki, 2015-ci ildə “İlin ən yaxşı smartfonu” mükafatına “iPhone 6” və “LG G3”, 2014-cü ildə “HTC One”, 2012-ci ildə “Samsung Galaxy S II”, 2011-ci ildə “iPhone 4” layiq görülüb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL