waplog

“Şəbəkə” xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb


“Şəbəkə” xidmət mərkəzinin açılışından cəmi 18 gün keçməsinə baxmayaraq artıq onun xidmətlərindən minlərlə vətəndaş yararlanıb. Belə ki, xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb.

Mərkəzin on mininci müştərisi olaraq qeydə alınan Bakı şəhər sakini İsmayılov Etibar Bədəl oğlu mükafatlandırılıb. Qalibə hədiyyələr təqdim olunub.

Xatırladaq ki, ilk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36, ünvanında yerləşir.

Mərkəzdə bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri göstərilir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL