Dünyada daxili barmaq izləri skaneri ilə təchiz edilmiş ilk displey təqdim edilib
Sensor displeyə barmaq izləri skanerini quraşdırmaq ideyası çoxdan mövcuddur. Bəzi nəhəng mobil qurğu istehsalçıları, məsələn, “Apple” şirkəti, hətta belə həllin yaradılması üçün müxtəlif variantları təsvir edən bir neçə patenti qeydiyyatdan keçirib. Ancaq “Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində “AMOLED” displeyə qurulmuş dünyada ilk barmaq izləri sensorunu təqdim edib. Yeni həll “In-Display Fingerprint Sensor” adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Goodix” şirkətinin nümayəndələrinin sözlərinə görə, “In-Display Fingerprint Sensor” həlli “AMOLED” displeyin ayrıca sahəsini biometrik skanerə çevirir.
Şirkətin nümayəndələrinin məlumatına görə, yüksək işləmə sürəti, aşağı enerji sərfiyyatı və yığcam ölçü yeni texnologiyanın əsas üstünlüyüdür.
Yeni sensorun çıxarılma tarixi açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL