Alimlər məlumatların məhv edilməsi üçün yeni üsul hazırlayıblar
Səudiyyə Ərəbistanının Elm Texnologiya Universitetinin əməkdaşları elektron formada saxlanan informasiyanın məhv edilməsi üçün innovativ texnologiya hazırlayıblar. Bu ixtira məhdud girişə malik məlumatlarla işləyən bir çox təşkilatların marağına səbəb olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, hazırda mövcud olan məlumatların məhv edilməsi sistemləri yüksək mürəkkəbliyi və bahalığı ilə səciyyələnir.
Ərəb alimlərinin həlli sadə, amma səmərəli texnologiyaya əsaslanır və məlumatları 10 saniyə ərzində tamamilə məhv etməyə imkan verir. Bu halda simsiz şəbəkə vasitəsilə məsafədən bu prosesi aktivləşdirmək mümkündür.
"İstifadə etdiyimiz polimer material maraqlı fiziki xüsusiyyətə malikdir: qızma zamanı onun həcmi böyüyür. Belə ki, bu materialı 80 selsi dərəcəyə qədər qızdırmaq kifayətdir ki, onun həcmi 7 dəfə böyüsün. Məhz bu sadə prinsip silisium çiplərin fiziki məhv edilməsində istifadə olunur" – ixtiraçılar bildiriblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL