“Nokia” şirkəti “Windows Phone 7.5” platformasında güclü “Ace” smartfonu hazırlayır
Veb-mənbələrin məlumatına əsasən, 2012-ci ilin ilk rübündə “AT&T” operatoru, “Nokia” şirkətinin “Windows Phone” əməliyyat sistemi ilə işləyən flaqman aparatı “Ace” smartfonunun satışlarına başlayacaq.
Qeyri-rəsmi informasiyaya əsasən, smartfon “AMOLED” texnologiyası üzrə hazırlanmış 4,3 düymlü sensor ekran ilə təchiz edilib. Qurğunun "ürəy"i 1.4 QHz takt tezlikli prosessordur.
“Nokia Ace” smartfonunun inteqrasiya edilmiş 16 Qb fləş yaddaş, 8 meqapiksel matris, avtofokus və “Carl Zeiss” optikası ilə kamera, həmçinin 1800 мА∙h tutumunda akkumulyator batareyası ilə təchiz ediləcəyi gözlənilir.
Ehtimal ki, yenilik “LTE” dördüncü nəsil mobil şəbəkələrində işləyə biləcək. Aparata “Windows Phone 7.5” (Mango) əməliyyat sistemi quraşdırılacaq. Bu platformada 500-dən çox yeni funksiya reallaşdırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL