İflic olmuş insanlar düşüncənin gücü ilə ünsiyyət saxlaya bilirlər
Stenford Universitetinin alimləri iflic olmuş insanlarla ünsiyyət saxlamaq üsulunu hazırlayıblar. İndi xəstələr düşüncənin köməyi ilə mətni çap edə bilirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, alimlər insan beyni və kompüterin birləşdirilməsi üzrə sınaq keçirməyə qərar veriblər və bu, düşüncənin köməyi ilə ünsiyyət saxlamağa imkan verəcək. Sınaqlarda üç könüllü iştirak edib. Onlardan ikisi lateral amiotrofik skleroz diaqnozuna malik olub, üçüncü iştirakçı isə onurğa beyin zədələnməsindən əziyyət çəkib. Bütün iştirakçıların beyninə daxil edilmiş elektrod baş beynin hərəkətedici qabığından gələn siqnalları qeydə alıb. Bundan sonra kabel vasitəsilə bu siqnallar kompüterdə emal edilib.
Bu ixtira iflic insanlara ətrafdakılarla ünsiyyət saxlamağa imkan verəcək. Sınaq iştirakçıları texnologiyanı istifadə etməzdən öncə qısa təlim keçiblər və bu, düşüncənin köməyi ilə ünsiyyət metodunu tez öyrənməyə şərait yaradıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL