Litium-ion akkumulyatorunun ixtiraçısı yeni tip batareya təqdim edib
Texas Universitetinin tədqiqatçıları ixtiraçı Con Qudenafın rəhbərliyi ilə bərk cisimli akkumulyatorlar hazırlayıblar. Mühəndislər yeni texnologiyanın perspektivdə litium-ion batareyaları əvəz edə biləcəyini düşünürlər.
“ICTnews” Elektron Xəbər Xidməti “Ukr-portal” resursuna istinadən yazır ki, məhz C. Qudenaf 1983-cü ildə layihə həmmüəllifləri ilə birlikdə litium-ion akkumulyatorunda litium kobaltindən katod kimi istifadəni təklif edib. Doxsan dörd yaşlı professorun həmkarları ilə birlikdə yeni tip akkumulyator yaratmasına baxmayaraq bu texnologiyadan hazırda da istifadə olunur.
“Qiymət, təhlükəsizlik, enerji sıxlığı, enerji ilə doldurulma və boşaldılma sürəti və dövrənin müddəti idarə olunan avtomobillərin batareyaları üçün çox vacibdir. Hesab edirik ki, bizim kəşfimiz müasir batareyalara aid əksər problemləri həll edir”, - professor qeyd edib.
Tədqiqatçılar şüşə elektrolitli yeni akkumulyator elementlərinin müasir litium-ion batareyaları enerji sıxlığına görə ən azı üç dəfə üstələməsini nümayiş etdiriblər. Qələvi metaldan olan anodun tətbiqi istismar sabitliyini təmin edir: eksperimentlərdə yeni akkumulyator prototipi 1200-dən çox enerji ilə doldurulma dövrəsindən uğurla çıxıb.
Bundan əlavə, yeni texnologiya ucuz olmasına görə batareyalarda qələvi metalları onların alışma riski olmadan tətbiqinə imkan verir.
Kəşf həmmüəllifləri bildiriblər ki, şüşə elektrolitlər litiumu dəniz suyundan hasil edilən ucuz natriumla əvəzləməyə imkan verir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL