waplog

1 həftə müddətində şarjsız işləyən smartfon təqdim olunub


Çinin “Oukitel” şirkəti yeni “Oukitel K10000 Pro” smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib. Bu smartfon Barselonada keçirilmiş “MWC 2017” sərgisində nümayiş etdirilib. İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilir. Sürətli “12V/2A” enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Oukitel K10000 Pro” smartfonu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Aparat 8 nüvəli “MediaTek MT6750T” nüvəli prosessorla təchiz edilib. “Mali-T860 MP2” qrafik prosessoru qrafik materialı emal edir. Smartfon 4 QB əməli və 32 QB daxili yaddaşa malikdir.

“Oukitel K10000 Pro” smartfonunda əsas kameranın təsvir ölçüsü 16 MP, ön kamerada isə 8 MP-dir. Qurğu “Android 7.0 Nougat” mobil əməliyyat sistemi ilə işləyir. Aparatın qiyməti hələ ki bildirilməyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL