waplog

Ötən il kiberhücumların sayında yeni rekord qeydə alınıb


“Trend Micro Inc.” şirkəti 2016-cı ildə kiberhücumların sayının qlobal internet şəbəkəsi tarixində yeni rekorda çatmasını, kibertəhdidlərə görə dünya şirkətlərinə dəyən ümumi ziyanın 1 milyard dollar təşkil etməsini açıqlayıb.   

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, son vaxtlar hakerləri daha çox böyük şirkətlər cəlb etməyə başlayıb və bu halda daha populyar müdaxilə üsulu korporativ poçt olub. Statistikaya görə, maliyyə sahəsində əksər şirkətlərin itkiləri 140 min dollar təşkil edib. Hakerlər ofis proqramlarından da yan keçməyərək onlara müxtəlif virus troyanları tətbiq edirlər. Bununla onları asanlıqla bank sistemlərinə tətbiq edərək fərdi informasiya toplamaq mümkün olur. Bundan başqa, fırıldaqçı proqramların sayı durmadan artır.

“Trend Micro” nümunə üçün bu yaxınlarda “Yahoo!” şirkətində baş verən qalmaqalı göstərir. Burada hakerlər il ərzində istifadəçilərin fərdi məlumatlarını toplayaraq onların çoxlu hesablarını oğurlamağa nail olublar.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL