“Apple A5” prosessorunun məhsuldarlığı qiymətləndirilib
“GLBenchmark” testinə əsasən, “Apple A5” prosessoru “A4” çipi ilə müqayisədə qrafik alt sistemin demək olar ki, 8 qat artım sürətini təmin edir.
“A4” – ilk “iPad” modelinin, “iPhone 4” və dördüncü nəsil “iPod touch” pleyerinin "ürəy"idir. İkinci nəsil “iPad” planşetində 2 hesablama nüvəsi olan 1 QHz takt tezlikli “A5” prosessoru tətbiq edilib.
“GLBenchmark 2.1” testində “A5” prosessoru 85,7 bal toplayıb. “A4” çipində isə göstərici 11.2 bal olub. Müqayisə üçün: 1.2 QHz takt tezlikli “Samsung Exynos 4210” çipi 42,5 bal, “Tegra 2” çipi isə 20,8 bal nəticə göstərib.
“A5” prosessorunun yeni nəsil “iPhone” smartfonunun əsası olacağı gözlənilir. Məlumata əsasən, “A5” prosessoru sabah, oktyabr ayının 4-də təqdim ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL