waplog

“WatchThru” layihəsi “ağıllı” saat və əlavə reallığı birləşdirəcək


Bremen Universiteti, “Google” şirkəti və Hasselt Universitetinin tədqiqatçılar qrupu virtual reallıq texnologiyasını “ağıllı” saatlara tətbiq edərək əlavə şəffaf ekranla təchiz edilən “WatchThru” “ağıllı” saat prototipi yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tədqiqatçılar texnologiyanın tətbiqi üçün bir neçə variant təklif edərək birincisi kimi naviqasiyaya köməyi göstəriblər: şəffaf ekrandakı əqrəb universitet binasında hərəkət zamanı lazımi yerin istiqamətini göstərə bilir. Daha mürəkkəb olan ikinci nümunənin mahiyyəti virtual informasiyanın real obyektlərin üzərində göstərilməsindən ibarətdir. Bunun üçün saatın və istifadəçinin başının izlənilməsi üçün müxtəlif ötürücülərdən istifadə olunur. Məsələn, saatı plataya yönəldərək birləşdirilməli lazımi kontaktları görmək olar. 
 
Lakin belə saatdan “ağıllı” eynək və ya əlavə reallıq kaskası ilə müqayisədə istifadəçinin daim əlini qarşısında tutmasına və ekrandakı təsvirin çox kiçik olmasına görə istifadə rahatlığı şübhə doğurur.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL