waplog

Dünyada buraxılan smartfonların 50 faizi “AMOLED” ekranları ilə təchiz ediləcək


2017-ci ildə dünyada buraxılan smartfonların 27 faizi “AMOLED” ekranları ilə təchiz ediləcək, 2020-ci ilədək onların bazar payı 50 faizə çatacaq. Bu barədə “DigiTimes” şirkəti sahə üzrə mənbələrə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, hazırda smartfonlar üçün aparıcı “AMOLED” ekranlar istehsalçısı “Samsung Display” şirkətidir. Bu məhsulun əksər hissəsi törəmə “Samsung Electronics” şirkətinə göndərilir. Bildirilir ki, ötən il buraxılan “AMOLED” displeyə malik 350 milyon smartfonun əksər hissəsi “Samsung” şirkətinin payına düşüb. Bununla yanaşı, Çinin “Oppo” və “Vivo” istehsalçılarının birgə səyləri nəticəsində “AMOLED” panelli qurğuların ümumi sayının 20 faizi təmin edilib.

“AMOLED” displeyli modellər Çinin “Huawei”, “Xiaomi”, “Gionee”, “Meizu” kimi digər istehsalçılarının çeşidində də yer alıb. 2017-ci ildə bu siyahıya “Apple” şirkətinin də əlavə olunacağı gözlənilir. Belə ki, “iPhone” modelinin onilliyi münasibətilə şirkət tərəfindən qurğunun “AMOLED” ekranlı versiyasının təqdim ediləcəyi ehtimal olunur.

Bu il “AMOLED” tipli panellərin əksər hissəsini “Samsung Electronics” və “Apple” şirkətlərinin əldə etməsini nəzərə alaraq digər istehsalçılar bu komponentlərin çatışmazlığı ilə rastlaşacaqlar.

Buna baxmayaraq “AMOLED” texnologiyasını tədricən çoxlu displey istehsalçıları mənimsəməyə başlayıb. “LG Display”, “Sharp” və “Japan Display” kimi şirkətlərlə yanaşı, bu tip ekranların buraxılışı ilə Çinin “EverDisplay Optronics”, “Tianma Micro-electronics” və “BOE Technology” istehsalçıları məşğuldur.

“AMOLED” ekranları mobil qurğular üçün ən perspektivli displey texnologiyalarından biri hesab olunur. Onların əsas üstünlüyü az enerji sərf etməsində, eləcə də maye-kristal panellərdən fərqli olaraq daha geniş rəng qammasına malik olmasındadır. Bundan əlavə “AMOLED” displeylər nazikliyi ilə seçilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL