waplog

Dünyanın ən güclü prosessoruna malik smartfon təqdim ediləcək


Qlobal internet şəbəkəsində bu yaxınlarda işıq üzü görəcək Çin istehsalı olan dünyanın ən güclü prosessoruna malik unikal “Bluboo R1”smartfonu barədə məlumatlar yayılmağa başlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, yeni qurğunun əsas fərqləndirici cəhəti dünyada analoqu olmayan “MediaTek Helio X30” prosessoru olacaq. Prosessor istənilən tapşırığın maksimum tez yerinə yetirilməsinə zəmanət verən və qızma halını istisna edən 10 nüvəyə malikdir. Bundan əlavə, “Helio X30” çipinin “Helio X20” prosessorunun təkmilləşdirilmiş versiyası olması bildirilir.

Həmçinin yeni smartfon 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış yaddaşla təchiz ediləcək. Korpusu sukeçirməz materialdan hazırlanacaq yeni qurğunun martda nümayiş olunacağı gözlənilir.

Nizam Nuriyev  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL