waplog

“iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının istehsalına nə vaxt başlanılacaq?


2017-ci ilin sentyabrında kütləvi istehsalına başlanılacaq "iPhone 8" və "iPhone 8 Plus" smartfonları oktyabr-noyabrda satsa çıxarılacaq. Bu barədə "Apple" şirkətinin məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "RİA FAN" resursuna istinadən yazır ki, ənənəvi olaraq yeni "iPhone" modellərinin satışı payızın əvvəlində başlayır. Lakin bu il istisnalıq təşkil edəcək və həmin vaxtda yalnız smartfonların istehsalı start götürəcək. Bundan başqa, oktyabr-noyabrda satsa çıxarılacaq yeni smartfonları bir sıra ölkələrdə təxminən noyabrın axırında, dekabrın əvvəlində əldə etmək mümkün olacaq.  

"iPhone 8" və "iPhone 8 Plus" smartfonlarının istehsal və satış vaxtının yubadılmasına səbəb kimi istehsalçının qabaqcıl qurğuların ekranına quraşdıracaq barmaq izi skaneri ilə təchiz etmək istəyi göstərilir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL