İnternet xidməti haqqının ödənilməsində yenilik
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz Telekommunikasiya Qovşağının xidməti ərazisində internet istifadəçiləri üçün xidmət haqqının ödənilməsində yeni qaydalar tətbiq edəcək.
Belə ki, “aztelekom.net” internet provayderinə qoşulan yeni və mövcud istifadəçilər aylıq istifadə haqqını ödədiyi zamandan (saat, gün) etibarən xidmət aktiv ediləcək və 1 ay ərzində istifadə müddəti bitdiyi gün (saat, gün) son istifadə tarixi kimi qeyd olunacaq.
Aylıq abunə haqqı bitdiyi tarixdə xidmət avtomatik olaraq deaktiv ediləcək və ödəniş aparılmadığı müddət üçün borc hesablanmayacaq.
İstənilən zaman istifadə haqqını ödəməklə xidmət yenidən aktiv ediləcək və həmin gündən etibarən hesablanma aparılacaq.
Məsələn, istifadəçi xidmət haqqını həmişə olduğu kimi ayın 14-də deyil, 25-də ödəyərsə, internet xidməti həmin gündən aktiv ediləcək və növbəti ayın 25-dək internetdən istifadə edə biləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL