“Samsung” insanabənzər robot yaradacaq
Cənubi Koreyanın “Samsung” şirkəti insanabənzər robotun yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Rusnews Info” resursuna istinadən yazır ki, müraciətdə insanlar kimi iki ayaq üzərində yeriyən insanabənzər robot təsvir edilib.
Sənəd barədə məlumat internetdə bu yaxınlarda yayılsa da, şirkətin büroya ərizəsi 2011-ci ildə daxil olub. Sənədə görə, “Samsung” insanın yerişini tam imitasiya edən, kök hüceyrəsinə cavabdeh xüsusi sistem sayəsində nəfəsi təkrarlayan robot ərsəyə gətirəcək. Robot hərəkət zamanı adi yerimə sürətinə nail olmaq üçün marşrutu təhlil edəcək.
Qeyd olunur ki, A nöqtəsindən B nöqtəsinə çatmaq üçün “Samsung” robotu öz ağırlıq mərkəzini bölüşdürməklə hündürlüyə qalxma və ya dağdan aşağı enmə zamanı şaquli vəziyyəti saxlamaqla yolu bir neçə hissəyə ayıracaq. Şirkət qeyri-adi robotun hansı sahədə tətbiq ediləcəyi barədə məlumat verməyərək bunu hələlik sirr saxlayır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL