“Elektron hökumət” portalına edilən müraciətlərin sayı 40 milyonu ötdü
Bu gün ölkəmizdə elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, vətəndaşların əksəriyyəti sosial-iqtisadi həyatın bir çox sahələrini əhatə edən xidmətlərdən elektron şəkildə faydalanmağa üstünlük verirlər.
Bütün bu xidmətlərin bir mərkəzdə - "Elektron hökumət" portalında cəmləşməsi isə onların işini daha da asanlaşdırır. İstifadəçi rahatlığını və məmnunluğunu təmin etmək üçün portalda təqdim edilən xidmətlərin sayı və çeşidi fasiləsiz olaraq yenilənir.
Hazırda portal üzərindən təqdim olunan e-xidmətlərin sayı 430 olub. Portalda 44 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır. Portalda real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə, elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.
Statistikaya görə artıq portala edilən müraciətlərin sayı 40 milyonu ötüb. 2016-cı ilin mart ayının 1-dən, 2017- ci ilin mart ayının 1-nə qədər portala edilən müraciətlərin sayı 20 milyondan çox olub. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 50 faizini təşkil edir. İl ərzində rəqəmlərin belə sürətlə dəyişməsi portalın populyarlığının artmasına dəlalət edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL