waplog

“İntel” şirkəti İsrailin mobil kart istehsalçısını alıb


Dünyanın ən böyük mikroprosessor istehsalçısı olan “İntel” şirkəti İsrailin “Telmap” şirkətini alıb. “Telmap” şirkəti kartlar, naviqasiya proqramları və mobil qurğular üçün geolokasiya xidmətləri hazırlayır.

İsrailin “Globes” nəşrinin məlumatına əsasən, sazişin dəyəri təxminən 300 milyon dollar təşkil edir.

“Reuters” dəqiqləşdirib ki, saziş ilin sonuna kimi bağlanacaq. Bütün prosedurların tamamlanmasından sonra “Telmap” şirkəti sərbəst bölmə kimi “İntel” tərkibinə daxil olacaq və öz indiki adını saxlayacaq.

“Telmap” şirkətinin rəhbəri Oren Nissim qeyd edib ki, “İntel”in dəstəyi ilə şirkət digər istehsalçıların mövcud mobil kartlarına rəqabət təşkil edəcək məhsul yaratmaq niyyətindədir.

“İntel” isə öz növbəsində bildirib ki, “Telmap” hazırlamalarını “AppUp” proqram mağazası ilə əməkdaşlıq edən digər şirkətlər də istifadə edə biləcəklər. “İntel” şirkəti mağazanı 2010-cu ildə açıb.

“Telmap” şirkətinin əsası 2000-ci ildə qoyulub. Onun ən populyar məhsullarından biri - piyada və avtomobil naviqasiyası üçün “Telmap Navigator” proqramıdır. Proqram bir neçə mobil platforma üçün çıxarılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL