Elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı artmaqda davam edir
Elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.
Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən də elektron imza istifadəçilərinin sayı artmaqda davam edir.
Belə ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 mart tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 67 042, fiziki şəxslər üzrə 17 304, hüquqi şəxslər üzrə isə 17 384 olmaqla, ümumilikdə 10 1730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Məlumat üçün bildirək ki, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən elektron imza sertifikatının ümumi sayı 1514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 elektron imza sertifikatı düşüb.
Bundan əlavə, elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 15 858 892, hüquqi və fiziki şəxslər üzrə toplam 3 560 581 olmaqla, ümumilikdə 19 419 473 autentifikasiya və elektron imza əməliyyatı aparılmışdır. 2017-ci ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1 566 580 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 8%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 1 062 498, hüquqi və fiziki şəxslərin payına isə toplam 504 082 autentifikasiya və elektron imza əməliyyatı düşmüşdür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL