Beyin siqnalları robotların səhvlərini düzəldəcək
Massaçusets Texnologiya Universiteti və Boston Universitetinin alimləri tərəfindən bəzi əməliyyatların yerinə yetirilməsi vaxtı səhvlərə yol verən robotlara insan beyninin düzəldici siqnallarını göndərmək üsulu tapılıb. Belə imkan sayəsində gələcəkdə xüsusi interfeyslə təchiz edilmiş və robotun işini müşahidə edən insan robot səhv etdikdə ona düşüncənin gücü ilə nə etmək lazım olduğunu bildirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, alimlər tədqiqatlar prosesi zamanı sınaq iştirakçılarına beynin aktivliyini qeydə alan elektrodlardan ibarət xüsusi şlem veriblər. Könüllülər iki növ obyekti çeşidləyərək müxtəlif zənbillərə yerləşdirən robotun işini müşahidə ediblər. Robot obyektlərdən birini müvafiq səbətə qoymadıqda sınaq iştirakçısı düşüncənin gücü ilə robota düzəldici siqnal göndərib və robot öz səhvini düzəldib.
200 dəfə təkrarlanan sınaq nəticəsində insan beyni ilə göndərilən siqnalların 65-85%-i düzgün işləyib.
Alimlər hesab edirlər ki, əldə edilmiş nəticələr sənaye robotlarının idarəetməsi üçün yeni alqoritmlərin yaradılmasında və ya kompüterdən istifadə edən iflic olmuş xəstələrə kömək edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL