“Google” süni intellekti videoda obyektləri tanıyacaq
ABŞ-ın “Google” texnoloji şirkətinin tərtibatçıları videoyazıda ayrı-ayrı obyektləri tanımağa imkan verən yeni texnologiya icad ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “www.gazeta.ru” resursuna istinadən yazır ki, “Cloud Video Intelligence API” adlanan süni intellekt proqramı videoda istənilən obyektin təhlilini apara bilir ki, bu da videodakı bütün kontentləri axtarış sistemi vasitəsilə tapmağa imkan verir.
Məlumata görə, sistemə lazımi əsas sözü daxil etdikdə proqram axtarılan obyektin mövcud olduğu videoyazılar siyahısını təqdim edəcək.
Qeyd edək ki, bir müddət əvvəl “Facebook” sosial şəbəkəsi özünə qəsd etmək istəyən istifadəçilərin aşkarlanması üçün xüsusi alqoritm təqdim edib. Bu texnologiya da süni intellekt sisteminə əsaslanıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL