“Gmail” poçt xidməti genişlənmələri dəstəkləyəcək
Tezliklə “Google” şirkətinin populyar “Gmail” poçt xidməti yeni funksional imkanlara malik olacaq. Axtarış nəhəngi məlumat verib ki, indi tərtibatçılar genişlənmələri yalnız “Chrome” brauzeri üçün deyil, birbaşa “Gmail” üçün yarada bilərlər. Yeni funksiya ilk öncə korporativ seqmentə hədəflənəcək. “Google” artıq “Intuit”, “Salesforce” və “Prosperworks” ilə əməkdaşlıq edir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Gmail” poçt xidməti üçün genişlənmələr məzmundan asılı olduğuna görə hər bir konkret məktubun tərkibindən asılı olaraq görsənə və ya görsənməyə bilər. Hazırda bu genişlənmələr yalnız ön baxış üçün əlçatandır. Məsələn, “Intuit” genişlənməsi istifadəçilərə “Gmail” poçt xidmətində tez və asan formada qəbzlər yaratmağa imkan verir.
Gözləntilərə görə, vaxt keçdikcə yalnız müəssisələrə deyil, həm də adi istifadəçilərə hədəflənmiş daha çox genişlənmə əlçatan olacaq.
Qeyd edək ki, hələ ki “Gmail” üçün genişlənmələrə giriş əldə etmək üçün şirkətlər “Google” ilə əlaqə saxlamalıdırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL