waplog

“Kinect” oyun kontrollerinə insanların yaşını müəyyən etməyi öyrədəcəklər


“Microsoft” korporasiyası insanın yaşını təyin etməyə imkan verən texnologiyanın patent hüququnu əldə etməyə qərar verib. “Kinect” oyun kontrolleri belə tənzimləyici ilə təchiz edilib.

“Microsoft” korporasiyasının patent ərizəsinə əsasən, insanın yaşı haqqında nəticəni onun bədəninin ölçülərinə əsaslanaraq təyin etmək güman edilir.

İxtiraçılar texnologiyanı uşaqları böyüklərdən ayırmaq və uşaqlara arzu edilməyən məzmuna - məsələn, "böyüklər üçün" oyun və ya filmlərə girişi bloklamaq üçün tətbiq etməyi təklif edirlər.

Patent ərizəsi 2010-cu ilin mart ayının sonunda verilib və 2011-ci il sentyabr ayının 29-da ABŞ Patent şöbəsinin saytında dərc edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL