waplog

İstifadəçinin dodaqlarının hərəkəti əsasında yeni autentifikasiya sistemi yaradılıb


Honkonq Baptist Universitetinin tədqiqatçıları istifadəçinin dodaqlarının hərəkətindən istifadə edən yeni biometrik autentifikasiya üsulu hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, informasiya təhlükəsizliyinə təhdidlərə görə əksər tədqiqatçılar son bir neçə ildə onun mühafizəsi üçün yeni üsullar kəşf etməyə çalışırlar.

Çin alimlərinin yeni texnologiyası ikisəviyyəli autentifikasiyanın yaradılması üçün insan dodaqları üçün xarakterik olan hərəkətlərdən istifadə edir. 2015-ci ildə patentləşdirilən texnologiya dodaqların formalarının spesifik xüsusiyyətlərini, onların teksturasını və hərəkətini izləyə bilir. Texnologiyanın başlıca ideyası unikal parolun dodaqların xüsusi hərəkətləri ilə uyğunluğu əsasında sistemə müdaxiləyə imkan verməyən təhlükəsizlik səviyyəsini yaratmaqdan ibarətdir.

Sistem yaradıcılarının sözlərinə görə, müxtəlif adamlar tərəfindən deyilən eyni parol insanlara görə dəyişir, yeni sistemi isə hətta kiçik fərqləri aşkarlaya bilir.

Hazırda sistem yaradıcıları texnologiyanın maliyyə tranzaksiyaları sahəsinə, məsələn, bankomatlara inteqrasiyasını planlaşdırırlar.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL