Bu il dünya əlavə və virtual reallıq bazarının həcmi 14 milyard dollaradək artacaq
“IDC” analitik şirkəti 2017-ci ildə dünyada əlavə (AR) və virtual reallıq (VR) vasitələrinin satışının 130,5 faiz artaraq 13,9 milyard dollar təşkil edəcəyini, yaxın illərdə satış həcminin illik artımının orta hesabla 198 faiz olmaqla 2020-ci ilədək 143,3 milyard dollara çatacağını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitikləri qeyd edirlər ki, hazırda mətbuatın diqqətini virtual reallıq kaskaları cəlb edir, lakin istənilən avadanlıq yalnız işlədiyi proqram və servislərinə görə dəyərli hesab edilir. Virtual reallıq sahəsində tərtibatçılar sürətlə oyunlardan geniş auditoriya üçün yeni tip materiallara doğru irəliləyir, əlavə reallıq texnologiyaları isə artıq kommersiya şirkətlərini ciddi şəkildə maraqlandırmağa başlayıb. Onlar texnologiyaları qiymətləndirərək eksperimental əlavələr hazırlamağa başlayırlar.
Məlumata görə, yaxın illərdə ən böyük seqment kimi qalacaq istehlak seqmentinin həcmi 6,2 milyard dollaradək (bazarın 44,4 faizi) artacaq. Kommersiya sahəsində yalnız diskret istehsal (10,9 faiz) və pərakəndə satış (7,4 faiz) seqmentləri həcminə görə bir milyardı ötsə də, 2020-ci ilədək ticarətin diskret istehsalı geridə qoyacağı, üçüncü yeri şəxsi və istehlak xidmətlərini üstələyən fasiləsiz istehsal seqmentinin tutacağı gözlənilir. Cari ildə “AR” və “VR” texnologiyalarının mümkün kommersiya tətbiqi sahələri kimi ticarətdə vitrin tərtibatının daha çox investisiya yatırımı (461 milyon dollar) cəlb edəcəyi gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL