Stiv Cobsun yolunu gözləyirlər
Stiv Cobsun “Apple” şirkətinin icraçı direktoru vəzifəsini tərk etməsindən 1 aydan artıq vaxt ötməsinə baxmayaraq, hamı onu smartfonun növbəti versiyasının təqdimatında gözləyəcək.
Mətbuatın son xəbərləri ona dəlalət edir ki, yeni smartfonun təqdimatını oktyabr ayının 4-də şirkətin indiki icraçı direktoru Tim Kuk keçirəcək. Lakin “Reuters” xəbər agentliyi bazar ertəsi məlumat yayıb ki, Stiv Cobs da bu tədbirdə iştirak edəcək.
Bununla belə agentlik xəbərdarlıq edib ki, beşinci nəsil “iPhone” smartfonunun təqdimatında "alma" şirkətinin həmtəsisçisinin yoxluğu məyusluq üçün səbəb olmamalıdır.
Məlumat üçün qeyd edək ki, indiyə qədər kütləvi informasiya vasitələrində dəfələrlə bildirilib ki, Cobs tədbirə gəlməyəcək.
“iPhone” smartfonunun bütün versiyalarından yalnız birini - 2009-cu ildə “iPhone 3GS” smartfonunu Stiv Cobs təqdim etməyib. O zaman tədbirin keçirilməsinə “Apple” şirkətinin marketinq məsələləri üzrə vitse-prezidenti Fil Şiller rəhbərlik edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL