“5G” sahəsində innovasiyaları dəstəkləyən proqram istifadəyə verilib
“Ericsson” və “Intel” şirkətləri “5G” sahəsində innovasiyaların dəstəklənməsi (5G Innovators Initiative — 5GI) üçün proqram istifadəyə veriblər. Proqram avadanlıq istehsalçılarının, aparıcı texnoloji şirkətlərin, sahə liderlərinin və ən yaxşı universitetlərin səylərini birləşdirmək məqsədi daşıyır. “5GI” iştirakçıları “5G” texnologiyalarının ABŞ ərazisində sürətlə yayılması məqsədilə “5G” şəbəkələri və sonuncu qurğular üçün innovasiyaların hazırlanması, tətbiqi və inkişafı məsələlərini həll edəcəklər. Proqrama artıq “Honeywell” və “GE” şirkətləri, eləcə də Berkli Kaliforniya Universiteti dəstək verib.
“ICTnews” Elektron Xəbər Xidməti “IT-Weekly” resursuna istinadən yazır ki, ilkin mərhələdə proqram iştirakçılarının “Əşyalar interneti”nin sənayedə tətbiqinin (Industrial Internet of Things — IIOT) öyrənilməsi, eləcə də təhlükəli yerlərdə tədqiqat işlərinin aparılması üçün virtual və əlavə reallıq əsasında pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olacaqları gözlənilir. Bundan başqa, “5GI” iştirakçıları “5G” şəbəkələri və “bulud” servisləri üçün etalon spesifikasiyalar hazırlayacaqlar.
Proqrama tədricən “5G” texnologiyaları əsasında həllərin hazırlanmasında maraqlı olan yeni iştirakçıların qoşulacağı gözlənilir. Bu, həll edilən vəzifələrin spektrini genişləndirməyə və sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər, səhiyyə və kütləvi informasiya vasitələri kimi sahələri əhatə etməyə imkan verəcək.
Bundan əlavə, proqram iştirakçıları “5G” sahəsi üzrə standartların inkişafı və biznesin aparılması üçün innovativ modellərin həyat qabiliyyətinin qiymətləndirilməsi məsələləri ilə məşğul olacaqlar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL