5 terabayta qədər məlumat saxlaya bilən media-server istehsal edilib
“Toshiba” şirkəti dünən, oktyabr ayının 3-də yapon bazarında 5 terabayta qədər məlumat saxlaya bilən yeni media-serveri təqdim edib. Şirkətin bəyanatında qeyd edilib ki, yenilik, eyni zamanda, 6 telekanaldan yazılan videotranslyasiyanı 15 günə qədər saxlaya bilər.
Yeni “Toshiba Regza Server” media serveri “Toshiba” şirkətinin televiziya və video ilə iş üçün nəzərdə tutulmuş yeni məhsullarından biridir. Bundan əvvəl şirkət “3D” eynək tələb etməyən 55 düymlü “3D” televizoru, 2 nazik planşet və ultrabuk təqdim edib.
Yenilik bir ailə üzvlərinə evin müxtəlif hissələrindən serverə qoşulmağa, film və verilişlərə eyni anda baxmağa imkan yaradır. Həmçinin, yeni server məzmunun mobil platformalar üçün optimallaşdırılması imkanını da dəstəkləyir.
Bugünkü gün üçün “Regza Server” yalnız Yaponiya bazarı üçün nəzərdə tutulub. Burada qurğunun dəyəri 200000 yena və ya 2600 dollar təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL