waplog

Metal korpuslu iki “Nokia” smartfonu təqdim ediləcək


"Nokia" brendinin sahibi "HMD Global" şirkəti metal korpuslu "Nokia 7" və "Nokia 8" smartfonlarını təqdim etməyi planlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, ilkin məlumata görə, smartfonların aparat platformasının əsasını birkristallı "Qualcomm Snapdragon 660" prosessoru təşkil edəcək.

Bildirilir ki, "Nokia 8" "Quad HD" (1440 x 2560 piksel) təsvir ölçüsünə malik ekranla təchiz ediləcək. Öz növbəsində "Nokia 7" smartfonunun displeyinin təsvir ölçüsü 1080 x 1920 pikselə bərabər olacaq. Qurğunun ekran diaqonalının da kiçik olacağı ehtimal edilir.

"Carl-Zeiss" optik kamera modulu ilə təchiz ediləcək "Nokia 8" smartfonunun foto imkanları geniş olacaq. Daktiloskopik sensorlara malik qurğular simsiz enerjidoldurmanı dəstəkləyəcək.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL