“iPhone” istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər
İndi “iOS” qurğu istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər. Bu haqda “Google Chrome” mobil brauzerinin yaradıcıları məlumat veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, bir çox internet istifadəçiləri xəbər və ya məqalələri yadda saxlayaraq sonra oxumaq üçün “Instapaper” və ya “Pocket” kimi xidmətlərdən istifadə edirlər. “Chrome” brauzerinin “iPhone” və “iPad” üçün yeni versiyası sonra oxuma funksiyası ilə təchiz edilib. Hələ ötən həftə veb səhifələri sonra oxumaq imkanının əlçatan olması haqda şayiələr yayılmışdı, indi “Google” şirkəti “Read Later” funksiyasını rəsmən təqdim edib.
İndi “iOS” genişlənmələrinin siyahısında "Sonra oxumaq" adlı yeni ikonka mövcuddur. Veb səhifəni sonra oxumaq üçün menyunu (ünvan sətrinin sağ hissəsində üç nöqtədən ibarət düymə) açmaq, “Paylaşmaq” sətrinə sıxmaq və açılan menyuda "Sonra oxumaq" nişanına sıxmaq lazımdır.
Nəticədə internetə qoşulma olmadan sayt və səhifələri yadda saxlayaraq onlara sonra baxmaq olar.
Oxşar funksiya “Safari” brauzerində də mövcuddur. Ancaq “Google Chrome” brauzerindəki “Read Later” funksiyası səhifənin sadələşdirilmiş mətn versiyasını deyil, onu tamamilə yadda saxlamağa imkan verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL