Virtual reallıq qurğularını dəstəkləyən güclü noutbuk təqdim edilib
Məhsuldar kompüterləri ilə tanınan “Eurocom” şirkəti yeni “Sky X9E3” noutbukunu təqdim edib.
“Oculus Rift” və “HTC Vive” kimi virtual reallıq (VR) qurğuları üçün hesablama modulu qismində istifadə edilməsi yeni noutbukun əsas özəlliyidir. Bunun üçün istehsalçı noutbuka 8 QB-lıq videoyaddaşa malik güclü “Nvidia GeForce GTX” video kartı quraşdırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, noutbuk maksimum konfiqurasiyada 4,2-4,5 QHs-dək takt tezlikli “Intel Core i7-7700K” (“Kaby Lake” arxitekturası) prosessoru ilə təchiz edilib. İstifadəçinin istəyindən asılı olaraq noutbuka “Windows 10”, “8.1” və “7” əməliyyat sistemi quraşdırıla bilər.
Aparat 3840x2160 piksel təsvir ölçüsü və 400 nit parlaqlıq göstəricisinə malik 17,3 düymlük ekrana malikdir. Məlumatların saxlanılması sistemi ümumi tutumu 14 TB-dək olan sərtgövdəli daşıyıcılar və sərt disklərdən ibarət ola bilər.
Mobil kompüter, həmçinin 64 QB-lıq əməli yaddaş, “USB 3.1 Type-C”, “HDMI 2.0”, “LAN” konnektorları, barmaq izi skaneri, “WLAN” və “Bluetooth” simsiz rabitə modulları ilə təchiz edilib. Qalınlığı 47,2 mm təşkil edən qurğunun çəkisi 5,5 kq-dır.
“Eurocom Sky X9E3” modelinin qiyməti 2500 dollardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL