waplog

“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq


Yeni “Samsung Galaxy S8” smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə “Bloomberg” agentliyi şəxsi mənbələrə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspace Magazine” resursuna istinadən yazır ki, məlumata görə, yeni model, həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişası və üzün tanınması texnologiyalarına malik olacaq.  

Bildirilir ki, sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən “Samsung Pay” əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti “Samsung” smartfonlarında digər banklara məxsus proqramları da texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

Qeyd edək ki, “Galaxy” seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, qurğunun blokdan çıxarılması funksiyasını daşıyıb. “Samsung Galaxy S8” isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.

“Samsung Galaxy S8” smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL