Yeni “Microsoft Surface Book” kompüterinin seriyalı istehsalına başlanılıb
Martın sonunda və ya apreldə rəsmi təqdimatı gözlənilən yenilənmiş “Microsoft Surface Book” portativ kompüterinin seriyalı istehsalına başlanılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yeni “Surface Book” qurğunun birinci nəslində istifadə olunan hibrid konstruksiya (qoşulan klaviatura ilə) əvəzinə klassik noutbuk şəklində olacaq və qiyməti 1000 dollar təşkil edəcək ki, bu da əvvəlki modellərin qiymətindən (versiyadan asılı olaraq 1500-3200 dollar) xeyli aşağıdır.
2017-ci il model sırasından olan “Surface Book” qurğusunda 13,5 düymlü ekran və alüminium və maqnezium ərintisindən ibarət korpus saxlanılacaq. Kompüterin digər xüsusiyyətləri barədə məlumat verilmir.
Ənənəvi noutbuk kimi ucuz qiymətə təqdim edilən “Surface Book”un 2017-ci ildə tədarük həcminin 1,2-1,5 milyon ədədə bərabər olacağı gözlənilir. Bu göstərici 2016-cı ildə 500 min ədəd təşkil edib. Bundan başqa, “Microsoft” korporasiyası “Surface Pro” planşet kompüterinin buraxılışını 20 faiz - 6 milyon ədədədək artırmağı planlaşdırır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL