“Ağıllı” lampalar “Əşyalar interneti”ndə ən geniş yayılmış qurğular olacaq
İnternetə qoşulan "ağıllı" lampalar yaxın bir neçə ildə "Əşyalar interneti" (Internet of Things, IoT) ekosisteminin ən böyük kateqoriyası olacaq. Bu proqnozu "IANS" agentliyinə müsahibədə "Philips Lighting India" şirkətinin icraçı direktoru Harşvardhan Çital səsləndirib.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, dünyanın aparıcı işıqlandırma lampaları istehsalçısı - "Philips" şirkətinin icraçı direktorunun sözlərinə görə, "IoT" funksiyalı "ağıllı" lampalar insanların tezliklə keçməyə başlayacağı növbəti nəsil işıqlandırma cihazlarıdır. Növbəti 5-10 ildə "ağıllı" lampalar ən böyük "IoT" seqmentinə çevriləcək.
Onun fikrincə, hazırda canlanmanın müşahidə edildiyi "ağıllı" işıqlandırma cihazları bazarı yaxın illər ərzində möhkəmlənəcək və beş-on il sonra lampalarda "smart" funksiyaları avtomatlaşdırılacaq. Beləliklə, temperatur ölçən ötürücüyə malik enerjiyə qənaətcil işıq diodlu lampalar əsasında yaradılan internetə qoşulan "ağıllı" işıqlandırma sistemləri gələcəkdə hər yerdə yayılmağa başlayacaq.
"Philips" nümayəndəsinin sözlərinə görə, bu gün telefon alışı haqqında danışanda təsəvvürümüzdə avtomatik olaraq stasionar aparat deyil, mobil telefon və ya smartfon yaranır. "Güman edirəm ki, yaxın 5-10 ildə eyni hadisə işıqlandırma sahəsində də baş verəcək və insanlar işıqlandırma cihazları alan zaman "ağıllı" sistemləri seçəcəklər", - o əlavə edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL