waplog

“Beautyrest Sleeptracke” iki istifadəçinin yuxusunun keyfiyyətini izləyəcək


“Beautyrest” şirkətinin tərtibatçılar qrupu adi çarpayını “ağıllı” çarpayıya çevirərək yuxunun keyfiyyətini yaxşılaşdıran “Beautyrest Sleeptracker” adlı qurğu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “ağıllı” bilərzik və “ağıllı” saatlardan fərqli olaraq “Beautyrest Sleeptracker” döşəyin altına yerləşdirilir və eyni anda iki istifadəçinin yuxusunun keyfiyyətini izləyir. Doxsan faizlik dəqiqliklə ürək döyüntüsünü və nəfəsalmanı ölçən qurğu yuxunun mərhələsini müəyyənləşdirməklə dərin yuxunu mürgüləmədən seçir. “Beautyrest Sleeptracker”, həmçinin “Amazon Echo” qurğusu ilə birlikdə işləyə bilir.   

Şirkətin marketinq üzrə vitse-prezidenti Cim Qallman bildirib ki, “Beautyrest Sleeptracker” istifadəçilərə yuxu vaxtı vərdişləri optimallaşdırmağa imkan verir ki, bunun da sayəsində onlar ümumilikdə həyatın keyfiyyətində baş verən dəyişiklikləri hiss etməyə başlayırlar.  

Bildirilir ki, xüsusi proqram vasitəsilə “Beautyrest Sleeptracker” konkret insanın yuxu dövrələrinin monitorinqini həyata keçirir. Həmçinin qurğu sahibi əldə olunan göstəriciləri digər istifadəçilərin məlumatları ilə müqayisə etmək imkanı qazanır, zərurət yarandıqda isə tövsiyələr alır.

“Beautyrest Sleeptracker” qurğusunun qiyməti 199 dollar təşkil edir.  

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL