waplog

Yeni “Xiaomi” smartfonlarının xüsusiyyətləri bəlli olub


Çinin “Xiaomi” şirkəti apreldə iki yeni qabaqcıl smartfon modeli təqdim etməyə hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, son vaxtlar internetdə “Xiaomi Mi 6” və “Xiaomi Mi 6 Plus” adlandırılacaq qurğuların texniki xüsusiyyətləri barədə ziddiyyətləri şayiələr yayılmağa başlayıb. Bu dəfə isə Çin mənbələri hər iki smartfonun xüsusiyyətləri barədə ətraflı məlumat dərc ediblər.   

Məlumata görə, “Xiaomi Mi 6” smartfonu 1920*1080 piksel təsvir ölçülü 5,15 düymlü ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 və ya 6 giqabayt operativ və 32, 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Smartfonun əsas kamerasının təsvir ölçüsü 19, ön kamerasının isə 8 meqapiksel təşkil edəcək. Bundan əlavə, quraşdırılmış batareyanın tutumu 3200 milliamper/saata bərabər olacaq.
 
 
“Xiaomi Mi 6 Plus” smartfon modeli isə analoji təsvir ölçülü 5,7 düymlü displey, eyni prosessor, 6 giqabayt operativ, 64 və ya 128 giqabayt quraşdırılmış yaddaşla təchiz ediləcək. Smartfonun 12 meqapikselli kamerası ikili olacaq, ön kameranın təsvir ölçüsü isə 8 meqapiksel təşkil edəcək. Bundan əlavə, qurğu 4500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq.

Həmçinin “Xiaomi Mi 6” smartfonu “MIUI 8” interfeysli “Android 6.0 Marshmallow” sisteminin, “Xiaomi Mi 6 Plus” isə eyni “MIUI” versiyasına malik “Android 7.0 Nougat” sisteminin əsasında işləyəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL