waplog

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib


“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Ali Neft Məktəbində tələbələr üçün “Elektron hökumət” mövzusunda seminar keçirilib.
 
Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan seminar gələcək mütəxəssislərin İT bilikləri, karyera seçimlərinin aşılanması, həmçinin “Elektron hökumət”, elektron xidmətlər, elektron imza, elektron sənəd və s. barədə geniş məlumatlandırılması məqsədi daşıyıb.
 
Tədbirdə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov İT sahəsinin müasir dünyada tutduğu üstün mövqedən, bu sahənin inkişafı ilə bağlı gözləntilərdən söz açıb. R.Cabbarov sahə üzrə peşəkarların yetişdirilməsinə göstərilən dəstək və mərkəzin bu sahədə fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
 
Daha sonra İKT-nin sosial xidmət mühitini sadələşdirməsi və şəffaflaşdırmasının əyani nümunəsi olaraq, “Elektron hökumət” portalının rolundan bəhs edilib. Məlumat Hesablama Mərkəzinin mühəndisi Elvin Cəfərli portalın yaradılması, inkişafı və vətəndaşlara təqdim etdiyi xidmətlərdən danışıb, həmçinin portalın mobil versiyası və informasiya təhlükəsizliyi barədə tələbələrə ətraflı informasiya verib.
 
Mövzular üzrə təqdimatlarla davam edən seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.








NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL