waplog

Yeni texnologiya iflic insana əlini tərpətməyə kömək edib


ABŞ mütəxəssisləri iflic olmuş insana əlini tərpətməyə imkan verən texnologiya yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “BELTA” resursuna istinadən yazır ki, 53 yaşlı amerikalı Bill Koçevar yol-nəqliyyat hadisəsindən sonra 8 il iflic olmuş əl-ayaqla yaşayıb. O, hazırda Klivlend Keys Vestern Rezerv Universitetinin alimləri tərəfindən yaradılan yeni texnologiya vasitəsilə digər insanların köməyi olmadan yemək yeyə biləcək. B.Koçevar dünyada əl-ayaqlar üzərində nəzarətin qismən qaytarıldığı kvadriplegiya (hər iki ayaq və əlin iflici) diaqnozlu ilk insan olub.  

Məlumata görə, alimlər xəstənin baş-beyinin qabığına xüsusi ötürücülər yerləşdiriblər. Ötürücülərdən informasiya beyin siqnallarını oxuyan və əlin hərəkətini stimullaşdırmağa kömək edən sensorların quraşdırıldığı bazu önünə göndərilib. Bundan başqa, xəstənin əlinə xüsusi avtomatik mexanizm qoşulub.
Eksperiment uğurla nəticələnsə də, hazırda hərəkətlər zəif və ardıcıl alınır. Alimlərin planlarına görə, gələcəkdə protez sağlam insan əlinin hərəkətlərini təkrarlaya biləcək.

B.Koçevar yeni nəsil protezi sınaqdan keçirməzdən əvvəl əzələ atrofiyasına görə uzunmüddətli terapiya kursu keçib.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL