waplog

“iOS” tərtibatçıları istifadəçilərin fikirlərini cavablandıracaq


"Apple" şirkəti yenilənmiş "iOS 10.3" mobil əməliyyat sistemini təqdim etməklə "App Store" əlavələr mağazasında həyata keçirilən və əlavələr üzrə rəylər sisteminə aid iki mühüm dəyişiklik barədə açıqlama verib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, bu ilin əvvəlində "iOS 10.3" sisteminin sınaqlarına başlanılanda "Apple" tərtibatçıların "App Store"da istifadəçilər tərəfindən proqram və oyunlarla bağlı rəylərə cavab verə biləcəklərini bəyan edib. "iOS 10.3" sisteminin sonucu versiyasının işıq üzü görməsi ilə bu funksiyadan yararlanmaq imkanı mümkün olub. Proqram tərtibatçısı istifadəçinin fikrini cavablandıranda, o, bildiriş alacaq və öz şərhində düzəliş edə biləcək.

"App Store" rəylər sistemində ikinci vacib dəyişiklik "iOS" qurğu istifadəçiləri üçün bundan sonra proqram və ya oyunu tərk etmədən qiymətləndirmə və rəy bildirmək imkanının yaradılmasıdır. Xatırladaq ki, əvvəllər istifadəçi proqramı qiymətləndirmə təklifi ilə bağlı bildiriş alırdı. Müsbət cavab verildikdə, "App Store" işə salınmaqla rəy yazılandan sonra istifadə edilən proqrama təkrar geriyə qayıtmaq tələb olunurdu. Hazırda isə bu proses xeyli sadələşdirilib.

Tərtibatçılar üçün yeni rəylər sistemi ilə bağlı daha ətraflı məlumatı "Apple" şirkətinin rəsmi saytından əldə etmək mümkündür.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL