waplog

Bu cihaz “Galaxy S8” qurğusunu kompüterə çevirəcək


"Unpacked 2017" təqdimatında "Galaxy S8" və "S8+" qabaqcıl smartfonlarından başqa "Samsung"un yeni qurğularını kompüterə çevirən "Desktop eXperience" ("DeX") birləşdirici stansiyası nümayiş etdirilib. Bu qurğu ilk növbədə mobil qurğuların köməyilə məsafədən işləyən əməkdaşların məhsuldarlığının yüksəldilməsi üçün nəzərdə tutulub.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Android" qurğularını kompüterə çevirən "Dex" cihazı "Google"un əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara böyükölçülü ekran, klaviatura və "maus"dan istifadə etməklə proqramlarda rahat şəkildə işləmək, sənədləri redaktə etmək, veb saytlara daxil olmaq, video izləmək və smartfonda mesajları cavablandırmağa imkan verir.

Birləşdirici stansiya 2 ədəd "USB 2.0" portu, "Ethernet" interfeysi, "USB Type-C" konnektorları, kulerə malikdir və smartfonun enerji ilə doldurulması üçün "Adaptive Fast Charging" ("AFC") funksiyasını dəstəkləyir.

"Galaxy S8" smartfonunu "DeX" cihazına qoşan istifadəçilər "Android" sisteminin böyük ekran, klaviatura və "maus"a optimallaşdırılmış interfeysini görəcəklər.

Şirkətin nümayəndəsi bildirib ki, "Dex" cihazının satışına "Galaxy S8" və "S8+" qurğuları ilə paralel start veriləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL