waplog

“Telegram”da səsli zənglər funksiyası istifadəyə verilib


Populyar “Telegram” messencerində səsli zənglər funksiyası istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hazırda sınaqlarının keçirilməsi barədə martın ortalarında məlum olan funksiyadan Qərbi Avropada (ölkələrin siyahısı qeyd olunmayıb) messencerin “iOS” və “Android” qurğu istifadəçiləri yararlana bilərlər. Lakin tezliklə digər istifadəçilərin də zəng etmək imkanı əldə edəcəkləri bildirilir.

Şirkət nümayəndələri qeyd ediblər ki, yeni funksiya zənglərin şifrlənməsini dəstəkləyir.

Zənglər edilən zaman proqram istifadəçilərin bağlantı parametrlərini avtomatik müəyyənləşdirəcək və ondan asılı olaraq səsli rabitənin keyfiyyətini sazlayacaq. Həmçinin, sazlamalarda rabitə keyfiyyətinin aşağı salınması sayəsində trafikin həcminin azaldılmasını avtomatik etməyə imkan verən ayrıca funksiya yer alıb.

Bundan başqa, funksiyanın sazlamaları istifadəçiyə ona “Telegram” vasitəsilə zəng edə biləcək şəxslərin əhatəsini müəyyənləşdirmək üçün şərait yaradır. Məsələn, yalnız kontaktlar siyahısında olan insanlara zəng etməyə icazə vermək və ya belə insanlar üçün ayrıca siyahı, eləcə də “qara siyahı” yaratmaq mümkündür.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL