“DDR5” əməli yaddaş tipi əvvəlkindən iki dəfə daha sürətli olacaq
Əməli yaddaş, onun tipi və işləmə sürəti istənilən kompüterin məhsuldarlığına təsir edir. Hazırda ən çox istifadə edilən “DDR4” əməli yaddaş tipidir. Sözügedən yaddaş tipi əvvəlkindən məlumatın ötürülmə sürətinin yüksək olması, yüksək tezlik xüsusiyyətləri və aşağı enerji sərfiyyatı ilə seçilir. Artıq tezliklə daha qabaqcıl həll istifadəçilərin ixtiyarına veriləcək. Yaddaş standartlarının təyin edilməsi ilə məşğul olan “JEDEC” (elektron qurğular sahəsində ixtisaslaşmış mühəndislik cəmiyyəti) bu həftə elan edib ki, yeni “DDR5” əməli yaddaş standartı üzərində işlərə artıq start verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “DDR5” əməli yaddaş tipi indiki “DDR4”-lə müqayisədə iki dəfə daha sürətli, həmçinin enerji cəhətdən səmərəli olacaq. Bundan başqa, “DDR5” əməli yaddaş tipinin sıxlığı iki dəfə böyükdür. Beləliklə, “DDR5” yaddaş tipinin tutumu “DDR4” ilə müqayisədə iki dəfə böyük olacaq.
“DDR5” standartının yekun spesifikasiyası 2018-ci ildə elan ediləcək, amma 2020-ci ildə kompüterlərdə qurulmağa başlanılacaq. Yeni yaddaş tipi ilk olaraq server və oyun fərdi kompüterlərində tətbiq ediləcək, bundan sonra noutbuk, mobil qurğu və kompüterlərdə kütləvi şəkildə qurulacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL