Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlum olduğu kimi, “Mur” qanununa görə, inteqral sxemin hər kristalında tranzistorların sayı iki ildə bir dəfə olmaqla ikiqat artır. Yeni texnologiya hazırda mövcud olan variantlarla müqayisədə daha kompakt çiplər yaratmağa imkan verir. Bundan sonra ultrabənövşəyi şüalanmanın skan edilməsini gözləməyə ehtiyac qalmayacaq, daha nazik naqillərin öz-özünü qismən yığması prosesindən həzz almaq lazım gələcək.
Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın hazırkı şəraitdə praktiki tətbiqi kifayət qədər real görünür. Bunun üçün yalnız litoqrafiyanı qoşmaq və örtüyün hopdurulması prosesini işə salmaq lazımdır. Yaxın gələcəkdə 10 nanometr sıxlığa, az enerji sərfiyyatına və yüksək məhsuldarlığa malik prosessorların satışa çıxarılmasını gözləmək olar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL